BDU-da Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbirlər keçirilib
08/12/2020Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasına" əsasən 5 dekabr “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş “Tələbə həyatı və ictimai fəaliyyət” adlı online seminar baş tutub. Seminarda 350-dən çox tələbə iştirak edib. İlk növbədə aparıcı, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının Sosial Elmlər və Psixologiya fakültəsi üzrə sədri Cəfər Gözəlov seminar iştirakçılarını salamlayıb və tədbiri açıq elan edib. Daha sonra Humanitar Məsələlər və Gənclər Siyasəti şöbəsinin müdiri Ramin Səmədov birinci kurs tələbələrini təbrik edib, Tələbə Gənclər Təşkilatının mövqeyindən və könüllülük fəaliyyətindən danışıb. Sonra Şərqşünaslıq fakültəsi üzrə sədr İmran Sayılov Beynəlxalq Könüllülük haqqında danışıb. Bundan əlavə, o, xarici dillərin könüllülük fəaliyyətinə olan təsirini bildirib. Hüquq fakültəsi üzrə sədr Firavan Əlizadə müxtəlif iş yerləri və könüllülük fəaliyyəti haqqında məlumat verib.Daha sonra isə Sosial Elmlər və Psixologiya fakültəsi üzrə sədr müavini Nərmin Heydərova ikinci Qarabağ müharibəsindəki könüllülər haqqında danışıb. O, həmçinin könüllülük təşkilatı və gələcəkdəki iş imkanları haqqında məlumat verib.Sonda isə Tələbə Gənclər Təşkilatı və könüllülük haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.
Çıxışlarda ölkəmizdə gənclər siyasətinə və könüllülük hərəkatına böyük önəm verildiyini bildirilib, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük fəaliyyətində bacarıqların üzə çıxarılması, dövlətimiz tərəfindən tələbələrə göstərilən diqqət və qayğı barəsində fikir mübadiləsi aparılıb. Natiqlər Vətən müharibəsindəki könüllü olaraq ordu sıralarına qatılan əsgərlərin göstərdiyi rəşadətdən danışıb, qazanılan böyük Qələbə münasibətilə təbrik çıxışları səsləndiriblər. Tələbələrə könüllülük hərəkatı, BDU-nun könüllülərinin Universitet və ölkənin ictimai həyatında, genişmiqyaslı sosial layihələrdə iştirakından və s.haqqında məlumat verilib. Sonda könüllülük haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.
