Homeaz | en | ru

BDU-nun müəllimi “Urdu dilinin aktual problemləri” mövzusunda virtual konfransda iştirak edib

11/06/2020
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov Hindistanda fəaliyyət göstərən "Dünya Urdu Asossasiyası"nın təşkilatçılığı ilə baş tutan “Urdu dilinin aktual problemləri” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. Hindistan, Pakistan, Misir, İran ali məktəb alimlərinin iştirak etdiyi konfransda Müstəqil Dövlətlər Birliyi (MDB) məkanından Azərbaycan Bakı Dövlət Universiteti ilə təmsil olunub.
"Azərbaycanda urdu dilinin tədrisində BDU-nun rolu" adlı məruzə ilə çıxış edən Eldost İbrahimov konfrans iştirakçılarına Bakı Dövlət Universitetinin tarixi, universitetdə aparılan islahatlar və inkişafdan söz açaraq Azərbaycanda urdu dilinin tədrisində BDU-nun rolu və fəaliyyəti barəsində ətraflı məlumat verib. Azərbaycanda urdu dilinin tədrisini yüksək qiymətləndirən konfrans iştirakçıları belə bir şərait yaratdığına görə universitet rəhbərliyinə təşükkürlərini bildiriblər.
Onlayn konfrans urdu dilinin lüğət tərkibinin müasir mərhələdəki inkişaf yolları, yeni sözlərin normalaşma prosesi, urdu dilinin tədrisi, dilin söz ehtiyatları kimi məsələlər ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.
Bookmark and Share