Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə onlayn dəyirmi masa keçirilib

30/11/2021
30.11.2021-ci il tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Nizami və insan fəlsəfəsi” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli fakültədə görkəmli şairlə bağlı cari il ərzində keçirilən tədbirləri xatırlamış, Nizami yaradıcılığı ilə bağlı öz görüşlərini ifadə etdikdən sonra, tədbiri açıq elan etmişdir.
İlkin olaraq Şərqşünaslıq fakültəsində dekan vəzifəsinin icra edən, f.ü.f.d. Tərlan Məlikov çıxış edərək Nizami Gəncəvi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, şairin yaradıcılığının bütün tələbələr tərəfindən öyrənilməsinin zəruriliyini qeyd etmişdir.
Ərəb filologiyası kafedrasının müəllimi və Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri f.ü.f.d. Heybət Heybətov, Nizami Gəncəvi yaradıcılığına müraciət edərək, nümunələr əsasında geniş şəkildə çıxış etmiş, şairin əsərlərinin fars dilindən Azərbaycan dilinə edilən tərcümələrindən söhbət açmış, Nizami əsərlərində insanpərvərliklə bağlı olan məqamları iştirakçıların diqqətinə çatdırmışdır. Dəyirmi masanın davamında fakültənin "Regionşünaslıq (ərəb ölkələri üzrə)" ixtisasının IV kurs tələbəsi Samir Hacıyev, Filologiya fakültəsinin TEC-nin sədri Fidan Hüseynova, "Dilşünaslıq (fars dili) I kurs magistrantı Nazim Mənsimov, "Regionşünaslıq (İran üzrə)" ixtisasının II kurs tələbəsi Məhəmmədsaleh Abbaszadə, "Regionşünaslıq (İsrail üzrə)" ixtisasının IV kurs tələbəsi və eyni zaman fakültə üzrə TEC-nin sədri Elnarə Həsənova təqdimatlar əsasınsa öz çıxışlarını etmişlər. Sonda isə fakültənin "Filologiya (fars dilli və ədəbiyyatı)" ixtisasının II kurs tələbəsi Əkbər Türbəndiyevin dəyirmi masaya özəl olaraq yazdığı “Nizami” şeiri TEC-nin sədri Elnarə Həsənova tərəfindən səsləndirilmişdir. Suallar ətrafında fikir mübadiləsi aparıldıqdan sonra dəyirmi masa işini yekunlaşdırmışdır.
Bookmark and Share