8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tələbə qızlar təltif edilib
07/03/201707 mart 2017-ci il tarixində Beynəlxalq Qadınlar günü münasibətilə fakültə Tələbə-Həmkarlar Təşkilatının təşəbbüsü ilə tədbir keçirilib. Mərasimi təbrik nitqi ilə açıq elan edən dekan professor Elxan Əzizov qadınların cəmiyyətdəki fəaliyyətindən, elm, təhsil, idman, incəsənət və s. sahələrdə qazandığı uğurlardan söhbət açmışdır. Daha sonra dekan müavini Cavanşir Məmmədzadə, fakültə Tələbə-Həmkarlar Təşkilatının sədri Taleh Mansurov universitetin və fakültənin ictimai həyatında tələbə qızların gördüyü işlərdən bəhs etmişdir. Onların öndə olması fərəhdoğuran hal kimi qiymətləndirilmişdir. Bir qrup fəal tələbəyə BDU Tələbə-Həmkarlar Təşkilatı adından “Təşəkkürnamə” və gül dəstələri hədiyyə edilmişdir. Tədbir çay süfrəsi arxasında davam etmişdir.
