8 mart Beynəlxalq Qadınlar günü münasibətilə fakültədə tədbir keçirilib
17/03/201707 mart 2017-ci il tarixində Beynəlxalq Qadınlar günü münasibətilə fakültədə tədbir keçirilib. Tədbiri təbrik nitqi ilə açan dekan professor Elxan Əzizov qadınların ölkənin ictimai-siyasi, mədəni və ədəbi həyatındakı rolu barədə çıxış etmişdir. Daha sonra nitq söyləyən Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri prof. Mehdi Kazımov, dekan müavini Adil Yəhyayev islam dininin qadına verdiyi dəyərdən, Azərbaycanda elm və təhsilin inkişafında qadınların xüsusi rolundan danışmışdır. Sonda qadınlar adından çıxış edən fakültə Tədris Metodiki Şurasının sədri dosent Əsmətxanım Məmmədova rəsmi və bədii hissədən ibarət bu cür tədbirin təşkilinə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirmişdir.
