Homeaz | en | ru

8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

07/03/2019

07 mart 2018-ci ildə fakültə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 mart -  Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirdə struktur rəhbərləri və fakültənin xanım əməkdaşları iştirak edib. Dekan professor Elxan Əzizov qadınlar günü münasibətilə xanımları təbrik edib, onlara elmi-pedaqoji və ictimai fəaliyyətlərində, şəxsi həyatlarında uğurlar arzu edib. O, digər sferalarda olduğu kimi, təhsil sahəsində də qadınların öncül mövqe tutduqlarını qeyd edib. İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov respublikanın və Bakı Dövlət Universitetinin ictimai həyatında qadınların oynadığı əhəmiyyətli roldan, onlara göstərilən dövlət qayğısından söhbət açıb. Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov bir çox sahələrdə nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan bəhs edib. Fakültə Həmkarlar İttifaqı Komitəsinin sədri Ərəb filologiyası kafedrasının dosenti Təranə Əkbərova xanımlara göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share