Homeaz | en | ru

31 mart - “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım günü tədbiri keçirilib

01/04/2022
Şərqşünaslıq fakültəsində 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım günü tədbiri keçirilib.
31.03.2021 tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı anım günü tədbiri keçirilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
İlk olaraq Şərqşünaslıq fakültəsinin dekanı, dos. Aydan Xəndan çıxış edərək, mart soyqırımın Azərbaycan tarixində buraxdığı dərin izlərdən, ermənilərin antiazərbaycan siyasətindən, genosid aktının mahiyyətindən, mart hadisələrinin təfərrüatlarından danışmış, xalqımıza qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyəti tərəfindən sərt şəkildə qınanılmasının zəruriliyini, tələbələrin bu işdə aktiv olmalarının vacibliyini qeyd etmişdir.
Türk filologiyası kafedrasının dosenti Nurlana Mustafayeva soyqırım ilə bağlı ətraflı çıxış edərək, bəşəriyyətin məhvinə səbəb olan soyqırım anlayışını şərh etmiş, Azərbaycan xalqına qarşı törədilmiş insanlığa yaraşmayan əməlləri sərt qınamış, ümummilli lider Heydər Əliyevin soyqırıma verdiyi tarixi qiymət, soyqırım aktı ilə bağlı Təhqiqat Komissiyasının arxiv materialları, hadisənin detalları barədə geniş məlumat vermişdir.
Dekan müavini, Şahin Yusifli hadisənin baş verdiyi illərdə real tarixi stiuasiya, regional vəziyyət, soyqırıma səbəb toqquşmalar, mart hadisələrinin nəticələri barədə məlumat vermişdir.
Sonra fakültənin fəal tələbələrinə söz verilmişdir. Fakültənin IV kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Elnarə Həsənova çıxış edərək, soyqırımla bağlı müxtəlif aspektlərdən yanaşmalara nəzər yetirmiş, ümummili lider Heydər Əliyevin soyqırımla bağlı fikirlərinə müraciət etmiş, tələbələrin mövqeyini ətraflı şəkildə ifadə etmişdir. Digər tələbələr mövzu ətrafında çıxış etdikdən sonra, videoçarx izlənilmişdir.

 

Bookmark and Share