“Regionşünaslıq (Türkiyə üzrə)” və “Filologiya (türk dili və ədəbiyyatı)” ixtisaslarının I kurs tələbələri “İxtisasa giriş“ fənninin tədrisində iştirak edib
24/10/2018BDU-nun Rektoru akad. A.M.Məhərrəmovun müvafiq əmrinə əsasən I kurs tələbələri üçün fakultativ olaraq 15 saat həcmində "İxtisasa giriş" fənninin tədrisi təşkil olunur. Fənnin tədrisində əsas məqsəd tələbələrə fakültədə fəaliyyət göstərən kafedraların tarixi və fəaliyyəti, elmi potensialı, elmi istiqamətləri və perspektivləri, beynəlxalq əlaqələri, görkəmli məzunları və s. haqqında geniş məlumatın verilməsi, tələbələrin elmə cəlb olunmasına, universitetin elmi və ictimai həyatında fəal iştirakına şərait yaratmaqdır.
17 oktyabr 2018-ci il tarixində Türk filologiyası kafedrasının müdiri prof. R.Ə.Rüstəmov “Regionşünaslıq (Türkiyə üzrə)” və “Filologiya (türk dili və ədəbiyyatı)” ixtisaslarının I kurs tələbələrinə "İxtisasa giriş" fənnindən mühazirə oxuyub. Mühazirə dərsi tələbələrin sualları ilə yekunlaşıb. Prof. R.Ə.Rüstəmov tələbələri Türk filologiyası kafedrasının əməkdaşlarının türk dili və ədəbiyyatı sahələrində apardığı araşdırmalar və yeni nəşrləri ilə yaxından tanış edib.
