Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin müəllimləri beynəlxalq konfransda

23/10/2017

 

16-17 oktyabr 2017 -ci il tarixlərində AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir Şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın müxtəlif bölmələrində İran filologiyası kafedrasının əməkdaşları prof. Mehdi Kazımov “Ə.Şirazinin üçüncü “Xəmsə”si”, dos. Əsmətxanım Məmmədova “Müasir fars dilində fonetik əvəzlənmələrin səciyyəsi”, Cavanşir Məmmədzadə “F.Fərruxzadın məhəbbət lirikası”, Türk filologiyası kafedrasından Nərminə Məmmədova “Fransız və ingilis mənşəli terminlərin müasir türk ədəbi dilində leksik-semantik mənimsənilmə yolları”, Ərəb filologiyası kafedrasından Təranə Hüseynbalayeva “Qədim Şərqdə yazı materialı və alətləri” mövzularında məruzələrlə çıxış etmişdir. Natiqlərin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmış və mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılmışdır. Prof. Mehdi Kazımov və dos. Əsmətxanım Məmmədova bölmə iclaslarına da sədrlik etmişdir.

Qeyd edəki ki, beynəlxalq elmi konfransa Türkiyə, Rusiya Federasiyası, Niderland, Gürcüstan, Özbəkistan və b. ölkələrin nüfuzlu şərqşünas alimləri qatılmışdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share