Azərbaycanlı ərəbşünas alimin monoqrafiyası Misir Mədəniyyət Nazirliyinin qərarı ilə çapa məsləhət görülüb və nüfuzlu dövlət nəşriyyatı olan Dəru-l-nəşr mətbəəsində işıq üzü görüb
21/09/2019Ərəb filologiyası kafedrasının dosenti görkəmlı ərəbşünas tədqiqatçı Könül Məmmədovanın “Cahiz yaradıcılığında ənənəvi ərəb qəsidə quruluşunun təhlili” adlı monoqrafiyası Misir Mədəniyyət Nazirliyinin qərarı ilə çapa məsləhət görülmüş və nüfuzlu dövlət nəşriyyatı olan "Dəru -l-nəşr" mətbəəsində nəşr olunub. Monoqrafiyada Abbasilər dövrü ərəb ədəbi tənqidi sahəsində böyük xidmətləri olmuş Cahizin elmi və bədii yaradıcılığı, xüsusilə də onun ənənəvi ərəb qəsidə quruluşu üçün yaratdığı nəzəri əsaslar, qayda-qanunlar, norma və prinsiplər ilk dəfə olaraq kompleks şəkildə təhlilə cəlb edilmişdir. Ədibin orta əsr ərəb bədii söz sənətinin daxili və xarici strukturunu müəyyənləşdirmək məqsədilə müraciət etdiyi çoxlu sayda poetik nümunələr əsərdə öz əksini tapmışdır. Şərqşünas, filoloq və ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan doktorantlar, magistrlər, tələbələr və həmçinin geniş oxucu kütləsi də faydalana bilər.
