Homeaz | en | ru

“1979-cu il İran inqilabı və İranın nüvə siyasəti” ilə bağlı tədbir keçirilib

28/11/2016

23 noyabr  2016-cı il tarixində Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər və İqtisadiyyat” fakültəsinin “Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti” ixtisasının magistrantları “1979-cu il İran inqilabı və İranın nüvə siyasəti” ilə bağlı təqdimat hazırlamış və prezentasiya formasında təqdim etmişlər. Tədbirdə iştirak edən Şərqşünaslıq fakültəsinin “İran” üzrə regionşünaslıq ixtisasının 40-a yaxın tələbəsi müzakirələrdə aktiv iştirak edərək, mövzu ilə bağlı öz fikirlərini natiqlərlə bölüşmüşlər. Müzakirələrə tələbələrlə yanaşı “Beynəlxalq münasibətlər” kafedrasının müəllimləri Aytən Qurbanova və Nurlanə Kəlbəliyeva da qatılmışdır.

Ümumilikdə tədbir iki hissədən ibarət olmuşdur.  Tədbirin ilk hissəsində İranın şah rejimi dövründəki vəziyyəti, 1973-cü il böhranının İrana təsirləri və böhrandan çıxış yolu tapmaq üçün həyata keçirilən tədbirlər planı, 1979-cu il inqilabı, və onun nəticələri barəsində müzakirələr aparılmış, ikinci hissədə isə İranın nüvə siyasəti   təhlil edilmişdir.

 

Bookmark and Share