Homeaz | en | ru

Akademik Abel Məhərrəmov Pakistanın Azərbaycandakı səfiri İnayatullah Kakar ilə görüşüb

18/01/2012

18 yanvar 2012-ci ildə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Pakistanın Azərbaycandakı səfiri İnayatullah Kakar ilə görüşüb.

Görüşdə Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor dos.Şəlalə Məmmədova, Şərqşünaslıq fakültəsinin dekanı dos.Elxan Əzizov, İran filologiyası kafedrasının müdiri prof. Mehdi Kazımov və BDU-nun mətbuat və informasiya şöbəsinin nümayəndəsi iştirak etmişlər.

Səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra Pakistanla sıx əlaqələrinin yarandığını vurğulayıb. İki ölkə arasında oxşar cəhətlərin olduğunu deyən qonaq, ötən il Azərbaycanın və Pakistanın BMT-nin qeyri-daimi üzvlüyünə seçildiyini xüsusilə qeyd edib.

Akademik A.M.Məhərrəmov Azərbaycanla Pakistan arasında dostluq əlaqələrinin daha da inkişaf etdiyini və buna görə də 2001-ci ildə Şərqşünaslıq fakültəsində urdu şöbəsinin açıldığını qeyd etdi. İndiyədək bu şöbəni 56 bakalavr və 3 magistr bitirmişdir. Pakistanın Azərbaycandakı səfirliyi bir neçə il bundan əvvəl fakültədə urdu otağını abadlaşdırmış və oranı mebellə, tədris texnologiyası ilə təchiz etmişdir.

Qeyd olunmalıdır ki, hazırkı səfir 2011-ci ilin iyun ayında Bakıya gəlmiş, noyabr ayında Şərqşünaslıq fakültəsinin dekanı, kafedra müdiri, urdu dili müəllimləri və tələbələrlə görüşmüş, onların səviyyələrindən razı qalmışdır.

Bookmark and Share