Homeaz | en | ru

Birinci kurs tələbələri fakültə təşkilatları ilə tanışlıq görüşü keçiriblər

13/10/2021
12 oktyabr 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin birinci kurs tələbələri ilə tələbə təşkilatlarının onlayn tanışlıq görüşü keçirilib. Görüş fakültənin sosial məsələlər üzrə dekan müavini Şahin Yusiflinin çıxışı ilə başlayıb. Dekan müavini birinci kursları salamlayaraq, yeni sosial mühitdə onlara uğurlar arzu edib. Sonra tələbələrə təşkilatların funksiyası, görülən işlər, tələbə kontingentinin motivasiyasının artırılması və potensiyalının yüksəldilməsi istiqamətində təşkilatların rolu və gələcəklər məqsədlər barədə geniş məlumat verilib. Daha sonra, tələbə təşkilatlarının sədrlərinə söz verilib. Ardıcıl olaraq fakültə tələbə gənclər təşkilatı, tələbə həmkarlar ittifaqı təşkilatı, tələbə elmi cəmiyyəti və könüllülər təşkilatının sədrləri və idarə heyətinin üzvləri aparılan işlər, təşkilatların əsas məqsəd və prioritetləri barədə geniş məlumat vermişlər. Birincilərin sualları ətrafında fikir mübadiləsi aparıldıqdan sonra, görüş yekunlaşdırılmışdır.
Bookmark and Share