Şərqşünaslıq fakültəsinin tələbələri şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər.
09/10/202109 oktyabr 2021-ci il tarixində BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri İlahiyyat fakültəsinin məzunu olmuş şəhid Vüqar Məmmədovun ildönümü münasibəti ilə şəhidin məzarını ziyarət ediblər. Ziyarətdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və fakültə Tələbə Həmkarlar Təşkilatının fəalları iştirak ediblər. Ziyarətdə tələbələrə şəhidin tələbəlik illəri, döyüş yolu, şəhadət zirvəsinə yüksəlməsi barədə məlumat verilmiş, məzarı üzərinə güllər düzülmüş, ruhuna dualar oxunmuşdur.
Qeyd etmək lazımdır ki, şəhid Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil almış, Aprel döyüşlərinin də iştirak etmiş, 2020-ci ilin 9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda aparılan Füzuli əməliyyatının gedişatında, baş verən şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
