Homeaz | en | ru

Vüqar Qaradağlı


Filologiya elmləri namizədi, dosent
İş telefonu: +(994) 12 439 07 34
e-mail:garadaghly@gmail.com


QISA BİOQRAFİK MƏLUMAT

  • 1966-cı il noyabrın 24-də Bakıda anadan olub
  • 1973-1983-cü illərdə Tofiq Hüseynov adına 134 saylı Bakı şəhər orta məktəbdə oxuyub
  • 1983-1985 və 1987-1990-cı illərdə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb
  • 1985-1987-ci illərdə Pribaltika Hərbi Dairədə həqiqi hərbi xidmətdə olub
  • 1990-cı ildən BDU-da çalışır. 1999-cu ilin mart ayından 2006-cı ilin sentyabr ayınadək həmçinin «Bizim əsr», «Наш век», «Our century» qəzetləri, www.lidertv.com internet saytı, «Media-Press» informasiya agentliyi, «Lider» radiosu, «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq» şirkətinin baş direktoru işləyib
  • Ailəlidir, iki övladı var


TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 2005, fil.e.n., «Qurani-kərimin qiraəti və onun linqvistik əsasları»
  • 1983-1985 və 1987-1990, tələbə, Şərqşünaslıq fakültəsi, BDU


ƏMƏK FƏALİYYƏTİ

  • 2006 – h/h , dosent, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
  • 1999-2006 baş direktor, «Bizim əsr», «Наш век», «Our century» qəzetləri, www.lidertv.com internet saytı, «Media-Press» informasiya agentliyi, «Lider» radiosu, «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq» şirkəti
  • 1994-2006, baş müəllim, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
  • 1994-1999, dekan müavini, İlahiyyat fakültəsi, BDU
  • 1992-1994, müəllim, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
  • 1991-1992, böyük inspektor, Tədris hissəsi, BDU
  • 1990-1991, baş laborant, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
  • Apardığı dərslər: Ərəb dili, İslamşünaslıq, İslam əxlaqının əsasları
  • 35 elmi məqalə və 3 kitabın müəllifidir


TƏDQİQAT SAHƏSİ

  • Ərəb dili, Qurani-kərim, Azərbaycan filologiyası, Azərbaycan pedaqogikası

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2014, Asim qiraətinin Şü’bə və Həfs rə­va­yət­lə­rin­də həmzə, bə, tə, sə, cim, dəl, zəl, zəy, sin, şin, fə, kəf, hə və ya yə-dən sonrakı fəthənin səslənməsi, Professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı
  • 2003, Bakı, Azərbaycan; «Şərqşünaslığın aktual problemləri» mövzusunda elmi konfrans
  • 2002, Bakı, Azərbaycan; professor Vasim Məmmədəliyevin yubileyinə həsr edilmiş «Şərqşünaslığın aktual problemləri» elmi konfrans
  • 2001, Bakı, Azərbaycan; akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş «Şərqin aktual problemləri: tarix və müasirlik» mövzusunda elmi-nəzəri konfrans
  • 2001, Bakı, Azərbaycan; professor Məmməd Mübariz Əlizadənin 90 illiyinə həsr olun¬muş elmi konfrans
  • 1994, Bakı, Azərbaycan; «Yaxın və Orta Şərq xalqlarının dil və ədəbiyyatları tədrisinin nə¬zəriyyə
  • 1993, Bakı, Azərbaycan; «BDU-nun 75 illiyinə həsr olunmuş elmi konfrans»

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2018, Ərəb dilində qoşadodaq samitləri və dodaq-diş samiti
  • 2017, «Vətən dili» və Həsənəli ağa Xan Qaradağski (Qaradaği)
  • 2016, Qur’ani-Kərimin qiraət üsulları
  • 2015, Ərəb dilində dil önü diş-damaq ط  və ت samit səsləri, Azərbaycan Müəllimlər İnstitutu, Xəbərlər, Elmi- metodik jurnal, 3, Bakı
  • 2015, Ərəb dilində arxa səs damaq ك، غ، خ   samit səsləri, Pedaqoji Universitet xəbərləri, 3, Bakı
  • 2014, Ərəb ədəbi dilində allioriat “ra” samit səsi, İlahiyyat fakültəsi, s 136-138
  • 2013, Rixard Vaqner “Mənim həyatım”, Heydər Əliyev Fondu. Bakı
  • 2008, Müasir ərəb ədəbi dilində vokalizm
  • 2008, Müasir ərəb ədəbi dili fonetikasının iki aspekti
  • 2008, Müasir ərəb ədəbi dili fonetikasının tədrisi
  • 2004, Ərəb səslərinin «sifətləri»nin öyrənilməsi haqqında
  • 2004, Əl-İxlas surəsi və onun qiraət özəllikləri

 

KİTABLARI

  • 2007, Vətən dili (Tərtib, transfoneliterasiya, ön söz, qeyd və şərhlər)
  • 2007, Qurani-kərim: qiraətlər və təcvidin əsas qaydaları
  • 2007, Qurani-kərim: qiraətlər və təcvidin əsas qaydaları (rus dilində)
Bookmark and Share