Homeaz | en | ru

Vasim Məmmədəliyev

AMEA-nın həqiqi üzvü, akademik, filologiya elmləri doktoru, professor, BDU-nun İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri
İş telefonu: (+99412) 5106545; (+99412) 5106595
e-mail: ilahifak.@yahoo.com


QISA BİOQRAFİK MƏLUMAT

  • 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur
  • 1949-1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır
  • 1959-1964-cü illərdə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir
  • 1978-ci ildən professordur
  • 1989, İraq Elmlər Akademiyası, 1994 İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası
  • 1995, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir
  • 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür
  • 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir
  • 2002-ci ildə «Şöhrət ordeni» ilə təltif edilmişdir
  • 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür
  • 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmiıdir
  • Ailəlidir, iki qızı, bir oğlu var

 

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1968, namizədlik dissertasiyası, «Müasir ərəb -azərbaycan ədəbi dilində və İraq dialektində felin zaman formalarının müqayisəli- tipoloji təhlili», Tbilisi Dövlət Universiteti (Elmi rəhbər: akademik G.V. Tseriteli)
  • 1974, doktorluq dissertasiyası, «Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları», Tbilisi Dövlət Universiteti
  • 1959-1964, tələbə, ərəb filologiyası şöbəsi, şərqşünaslıq fakültəsi, BDU

 

ƏMƏK FƏALİYYƏTİ

  • 1959-1964, tələbə, ərəb filologiyası şöbəsi, şərqşünaslıq fakültəsi, BDU
  • 1965-1968, aspirant, Tbilisi Dövlət Universiteti
  • 1981-1991 ci illərdə BDU-nun şərqşünaslıq fakültəsinin dekanı
  • 1991-1992-ci illərdə BDU-nun prorektoru
  • 1992-ci ildən BDU -nun ilahiyyat fakültəsinin dekanı, ərəb fılologiyası kafedrasının müdiri
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40 dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir
  • 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq edir
  • V.M.Məmmədəliyev akad. Z.M.Bünyadovla sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur
  • Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədri
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri

 

TƏDQİQAT SAHƏSİ

  • Ərəb dilçiliyi və filologiyası

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1978-1981- Rusiya Federasiyası, 1979- Polşa, 1995, 2006- Misir, 1996- ABŞ, 1998 –İndoneziya,1996,2000- İraq, 2000,2004- Türkiyə, 2002, 2003- İran, 2004, 2005- Gürcüstan, 2005 –Fransa

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

 

  • 2015, İlk Azərbaycanlı şərqşünas qadın, elmlər doktoru (prof Aida İmanquliyeva haqqında), “Təhsil” jurnalı, oktyabr 2015
  • 2015,Qurani-kərim, yenidən işlənmiş XVII nəşr, Bakı, “Nurlar” nəşriyyatı, 2015
  • 2015, Qurani-kərim (gözdən əllilər üçün brayl əlifbası ilə), Bakı, 2015,  yeddi cilddə
  • 2014, Xəqani Şirvaninin “Mədain xərabələri” qəsidəsində bir beytin şərhi, “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2014, 98- 100
  • 2014, Ayətullah Məhəmməd Hadi Mərifətin “Quranın tarixi” kitabı haqqında bir neçə söz –Quranın tarixi, Xəzər Universitetinin Nəşriyyatı, Bakı, 2014, 7-8
  • 2014, Azərbaycan şərqşünaslığının əbədiyaşar siması-professor Aida İmanquliyeva, Professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2014, 3-7
  • 2013, Heydər Əliyev və dövlət-din münasibətləri, Tarix və onun problemləri, xüsusi buraxılış (nəzəri, elmi-metodik jurnal), Bakı, 2013. BDU-nun nəşriyyatı, 26 - 33
  • 2013, Misir qrammatika məktəbi-Azərbaycan dilçiliyi müntəxabatı,“Abis Alarqo” çap evi. Bakı, 2013, 483-498
  • 2013, Ustadlarımıza böyük sayğı ilə. Cəmilə Çiçək, Sən dağlardan ayrılmadın. (Aşıq Şəmşir haqqında),“Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı 2013, 3-6
  • 2009, Islam və gənclik
  • 2007, Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006, Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki
  • 2006, Ərəb dili proqramı.(bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006, Globalization in Estimation of Muslim Scientists. Globalization in Estimation of Muslim Scientists. (ingilis dilində)
  • 2005, Islamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005, Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004, Dünya şöhrətli alim. Rüstəm Əliyev fenomeni
  • 2004, Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004, İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004, Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004, S.S.Rəşadinin «Sərf nəhv» kitabı haqqında
  • 2004, Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmalan və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003, Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003, Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003, Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002, Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. Tbilisi.. (ingilis dilində)
  • 2002, Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите. (C. Fərzəliyevlə birlikdə)
Bookmark and Share