Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası
Şərqşünaslıq fakültəsinin strukturuna daxil olan Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası BDU nun 04 noyabr 2004-cü il tarixli R-75 saylı əmri ilə yaradılmışdır. Kafedrada hal-hazırda üç istiqamət üzrə mütəxəssis hazırlanır
Yaponşünaslıq
Çinşünaslıq
Koreyaşünaslıq
Kafedrada aşağıdakı fənlər tədris edilir:
Yapon (Çin,Koreya) dili
Yapon (Çin,Koreya) filologiyasına giriş
Yapon (Çin,Koreya) ədəbiyyatı
Yapon (Çin,Koreya) mədəniyyəti və incəsənəti
Tərcümə nəzəriyyəsi
Kafedradakı ixtisaslar Azərbaycan və rus dillərində tədris edilir. Kafedrada baza təhsili milli kadr potensialı çatışmadığından hal-hazırda Koreyaşünaslıq ixtisasında bir milli və 4 Koreya vətəndaşı , Çinşünaslıq ixtisasını 4 ÇXR vətəndaşı, Yaponşünaslıq ixtisasını isə 4 milli və bir Yaponiya vətəndaşı tədris edirlər. Kafedraya yarandığı vaxtdan filologiya elmlər doktoru və texnika elmləri namizədi, professor Oqtay Babəli oğlu Cəlilbəyli rəhbərlik edir. O, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun (indiki Azərbaycan Memarlıq İnşaat Universiteti) İnşaat fakültəsinin məzunudur. Kafedrada tədris zamanı Yaponiya, ÇXR və Koreyada hazırlanmış müasir beynəlxalq standartlara cavab verən dərsliklərdən və linqafon kabinetlərdən istifadə edilir.
Azərbaycan Respublikası Dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-1994-cü illərdə Yaponiyada elmi-stajkeçmədə olmuş ilk azərbaycanlı elmi işçi dos. O. B. Cəlilbəylidir.
Tələbələrimiz Yaponiya, ÇXR və Koreyada uzun və qısamüddətli ixtisasartırma kurslarında iştirak edirlər. Belə ki, Yaponiyada 18 tələbə 1 illik və 8 tələbə 6 həftəlik , 5 tələbə 2 həftəlik , ÇXR-də 28 tələbə 1 illik, 2 tələbə 5 illik, 6 nəfər magistratura, Koreyada 5 tələbə 1illik dil kurslarında, 5 nəfər bakalavr üzrə, 10 nəfər isə magristratura üzrə təhsil almışlar.
Əlaqə: II korpus, : 619-cu otaq, tel: 510 16 78, e-mail: [email protected]
