Homeaz | en | ru

Təhminə Rüstəmova


Filologiya elmləri doktoru, professor
İş telefonu: +(994) 12 510 49 48

 

QISA BİOQRAFİK MƏLUMAT

  • 1927-ci il, avqustun 24-də Şəkidə anadan olub
  • 1934-1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbdə oxuyub
  • 1944-1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb
  • 1949-1953-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin aspirantı olub
  • 1954-cü ildən BDU İran filologiyası kafedrasında çalışır
  • Ailəlidir, bir övladı var

 

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib
  • 1954-cü il, fil.e.n. «Müasir fars ədəbi dilində feli sifət və feli bağlamalarının morfoloji xüsusiyyətləri»
  • 1964-cü il dosent
  • 1990-cı il, fil.e.dok. «Feli sifət və feli sifət tərkiblərinin qarşılıqlı-tipoloji planda leksik-qrammatik xüsusiyyətləri problemi (fars və azərbaycan dilləri materialları əsasında)»

 

ƏMƏK FƏALİYYƏTİ

  • 1954-1964, BDU,Şərqşünaslıq fakültəsi, Yaxın və Orta Şərq dilləri kafedrasının baş müəllimi
  • 1964- 1990, BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının dosenti
  • 1990-cı ildən BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının professoru

 

TƏDQİQAT SAHƏSİ

  • Fars dili, fars dilçiliyi, fars və azərbaycan dillərinin müqayisəli tədqiqi, qismən azərbaycan və ərəb dili

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2004, Tehran; «Milli iranşünaslığa həsr olunmuş konfrans»
  • 2001, Tehran; «Fars dili və ədəbiyyatı ustadlarının III beynəlxalq konfransı»
  • 1996, Tehran; «Fars dilçiliyi beynəlxalq konfransı»
  • 1994, Tehran; «MDB və İranda fars dili və ədəbiyyatının tədqiqi və tədrisinə həsr olunmuş konfrans»
  • 1986, Bakı; «Məktəb islahatı və universitet təhsili»

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2016, Fars dilinin lüğət tərkibinin zənginləşməsində fel kökünün rolu (fars dilində)
  • 2016, «Şahnamə»nin bəzi dil xüsusiyyətləri
  • 2015, «Şahnamə»nin dilində işlənən (mər) haqqında
  • 2014, Fars dilinin lüğət tərkibini zənginləşdirən mürəkkəb sözlərin yaranmasında fel köklərinin rolu
  • 2013, Bakalavr hazırlığı üçün proqram: «Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-morfologiyası»
  • 2012, Magistr hazırlığı üçün proqram: «Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-sintaksisi»
  • 130-dan çox elmi məqalənin müəllifidir

 

KİTABLARI

  • 2014, Fars dili (qısa kurs) – Elm və təhsil nəşriyyatı, Bakı
  • 2008, Şərqşünaslıq fakültəsinin I kurs tələbələri üçün dərslik (I nəşri-2004; II nəşri-2005)
  • 1998, Fars dili. Qeyri-şərqşünaslıq fakültəsinin tələbələri üçün dərslik (H.Mahmudovla şərikli)
  • 1997, Fars dili. Fars dilini müstəqil öyrənənlər üçün dərslik
  • 1996, Əski azərbaycan əlifbası
  • 1998, Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası
  • 1992, Fars dili. IV sinif üçün dərslik
  • 1986, Əfqan əlifbası
Bookmark and Share