Homeaz | en | ru

 

RƏSULOV ƏSGƏR ADİL OĞLU

(1954)

Şərqşünas

 

3 mart 1954-cü ildə doğulmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fa­kül­təsinin türk filologiyası şöbəsini bitirmişdir. 1980-ci ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə professor elmi adı almışdır. 1980-ci ildən Türk dili (sonradan Türk filologiyası) kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Baş laborant, müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin sə­rəncamına əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəis müavini təyin edilmişdir.

Elmi fəaliyyəti əsasən türkologiya sahəsi ilə əlaqədardır. 100-dən çox elmi və publisistik məqalənin, 10-a qədər monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə 3 filologiya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

 

 

 

Bookmark and Share