Homeaz | en | ru

 

RÜSTƏMOV RÜFƏT ƏŞRƏF OĞLU

(1945)

Şərqşünas

 

1 noyabr 1945-ci ildə doğulmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakül­təsinin Türk filologiyası şöbəsinə daxil ol­muşdur. 1964-1967-ci illər ərzində hərbi xidmətə çağırılmış, 1967-ci ildən təh­silini davam etdirmişdir. 1972-1973-cü illərdə Türkiyə Respublikasında tərcüməçi işləmişdir. 1973-cü ildə Şərqşünaslıq fakültəsini bitirmişdir. Həmin ildə Yaxın Şərq dilləri kafedrasına laborant vəzifəsinə işə götürülmüş, ictimai əsaslarla fakültə dekanı müavini vəzifəsində çalışmışdır. 1976-cı ildə Yaxın Şərq dilləri kafedrasının dissertantı olmuş, 1981-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2003-cü ildə professor elmi adı almışdır. 1990-cı ildən Bakı Dövlət Univer­sitetinin Türk dili (sonradan Türk filologiyası) kafedrasının müdiri vəzifəsini tutur.

Elmi fəaliyyəti əsasən türk dili ilə əlaqədardır. 80-dən artıq məqalənin, 9 dərs vəsaitinin, 2 publisistik kitabın müəllifidir. Rəhbərliyi ilə 13 elmlər namizədi və filologiya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür. Bakı Dövlət Universiteti və Şərqşünaslıq fakültəsi Elmi Şuralarının, Əlyazmalar İnstitutunun “Filologiya Məsələləri”, “Bakı Universitetinin Xəbərləri” (humanitar elmlər seriyası) jurnallarının redaksiya heyətinin üzvüdür.

 

 

Bookmark and Share