Homeaz | en | ru

 

QASIMOVA AİDA ŞAHLAR QIZI

(1957)

Şərqşünas

 

2 iyun 1957-ci ildə anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Univer­siteti Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirərək, Ərəb dili kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cü ildə nami­zəd­lik, 2001-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən Ərəb filologiyası kafedrasında müəllim, 2003-cü ildə baş müəllim, 2004-cü ildə dosent, 2005-ci ildən isə professor vəzifəsində çalışır.

Elmi fəaliyyəti əsasən ərəb və Azərbaycan ədə­biyyatları ilə əlaqədardır. 5 kitabın və 90-dan artıq elmi məqalənin müəl­lifi­dir. Rəh­bərliyi ilə 4 elmlər namizədi hazırlan­mışdır.

 

 

Bookmark and Share