İran filologiyası kafedrası üzrə
12 noyabr 2018-ci il tarixində İran filologiyası kafedrasının baş müəllimi, dissertant Cavanşir Nadir oğlu Məmmədzadənin 5718.01 - Dünya ədəbiyyatı (fars ədəbiyyatı) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İranda “Yeni şeir”in inkişafında Foruğ Fərruxzadın rolu” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Tədqiqat işi BDU-nun Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasında yerinə yetirilib. Dissertantın elmi rəhbəri İran filologiyası kafedrasının müdiri f.ü.e.d., professor Mehdi Davud oğlu Kazımov, rəsmi rəyçiləri f.ü.e.d., professor Sənan Məmmədəli oğlu İbrahimov və f.ü.f.d., dosent Nüşabə Məmməd Mübariz qızı Əlizadə olub.
İran filologiyası kafedrası üzrə
İran filologiyası kafedrasında Azərbaycanda ilk dəfə Dünya ədəbiyyatı (urdu ədəbiyyatı) ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Həmin kafedranın dissertantı Aygün Tağıyeva “Məhəmməd İqbalın lirikası (urdu şeirləri əsasında)” mövzusunda dissertasiya işini mütəxəssislərin, elmi ictimaiyyətin ixtiyarına təqdim edib. O, 2001-2007-ci illər ərzində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 2005-ci ildə “Urdu dili və ədəbiyyatı” ixtisası üzrə bakalvriatura, 2007-ci ildə isə “Urdu dili” ixtisaslaşması üzrə magistratura pillələrini “Fərqlənmə” diplomları ilə bitirib. 2009-cu ildən İran filologiyası kafedrasında müəllim, 2017-ci ildən isə baş müəllim vəzifələrində çalışır. Dissertasiya işinə İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov rəhbərlik edib. İddiaçının mövzusu ilə bağlı biri xaricdə olmaqla, altı məqalə və üç tezisi nəşr olunub. Qeyd edək ki, müzakirə Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun sədrliyi ilə keçirilib.
Ərəb filologiyası kafedrası üzrə
Ərəb filologiyası kafedrasının 27 aprel 2016-cı il tarixli iclasında kafedranın dissertantı Şabani Minaabad Əhməd Qənnadın “Mütənəbbinin fars poeziyasına təsiri” adlı dissertasiyasının müzakirəsi keçirilmişdir. Kafedranın müdiri akademik V.Məmmədəliyev iclasın gündəliyindəki əsas məsələni iştirakçıların diqqətinə çatdırmışdır. İddiaçı dissertasiyası barədə geniş məlumat verdikdən sonra kafedra əməkdaşları dissertasiya haqqında öz rəy və fikirlərini bildirmişlər.
Ərəb filologiyası kafedrası üzrə
Ərəb filologiyası kafedrasının 13 aprel 2016-cı il tarixli iclasında kafedranın dissertantı Cəfərli Xatunun “Sahib ibn Əbbad və onun “Əl iqna fil əruz va təxric əl qavafi” əsəri şərq poetikasına aid bir məbə kimi” adlı dissertasiyasının müzakirəsi keçirilmişdir. Kafedranın müdiri akademik V.Məmmədəliyev iclasın gündəliyindəki əsas məsələni iştirakçıların diqqətinə çatdırmışdır. İddiaçı dissertasiyası barədə geniş məlumat verdikdən sonra kafedra əməkdaşları dissertasiya haqqında öz rəy və fikirlərini bildirmişlər.
Türk filologiyası kafedrası üzrə
8 aprel 2016-cı ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasında Bakı Slavyan Universitetinin dissertantı Hülya Sebahattin qızı Aktaşın 57.10.01 - Türk dilləri ixtisası ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Çağdaş türkcələrdə söyləm” mövzusunda (10.02.06-Türk dilləri ixtisası) filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin aparıcı müəssisə olaraq müzakirəsi keçirildi. Çıxış edənlər mövzunun aktuallığını yüksək qiymətləndirərək dissertasiya işinin müsbət rəylə müdafiəyə buraxılmasını tövsiyə etdilər.
İran filologiyası kafedrası üzrə
İran filologiyası kafedrasının 24 noyabr 2015-ci il tarixli iclasında kafedranın dosenti Məmmədova Mənzərə Həsən qızının “Nizami Gəncəvi dilinin leksik üslubu” adlı doktorluq dissertasiyasının müzakirəsi keçirilmişdir. İran filologiyası kafedrasının müdiri prof. M.D.Kazımov iclasın gündəliyindəki əsas məsələni iştirakçıların diqqətinə çatdırmışdır. İddiaçı doktorluq dissertasiyası barədə geniş məlumat verdikdən sonra kafedra əməkdaşları doktorluq dissertasiyası haqqında öz rəy və fikirlərini bildirmişlər. Doktorluq dissertasiyasının müzakirəsində Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini prof. Paşa Kərimli və AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun “Dil tarixi” şöbəsinin aparıcı elmi işçisi prof. Sevil Mehdiyeva da iştirak etmişdir
Türk filologiyası kafedrası üzrə
10 fevral 2012-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Zemfira Musa qızı Əliyevanın “Türk dillərində sifətlərin semantik-funksional və struktur təkamülü” mövzusunda (10.02.06-Türk dilləri ixtisası) filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin aparıcı müəssisə olaraq müzakirəsi keçirildi. Çıxış edənlər mövzunun aktuallığını yüksək qiymətləndirərək dissertasiya işinin müsbət rəylə müdafiəyə buraxılmasını tövsiyə etdilər.
Türk filologiyası kafedrası üzrə
31 yanvar 2012-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının baş müəllimi Quliyeva Əfsanə Nəsimi qızının 10.02.06 Türk dilləri ixtisasına görəfilologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün «Müasir türk və Azərbaycan dillərində iqtisad terminləri» mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirildi. Elmi rəhbər filologiya elmləri doktoru, prof.R.Ə.Rüstəmovdur. Rəycilər f.e.d., prof, Ə.Rəsulov, f.e.n., dos. R.Əhmədov, f.e.n.K.Əhmədova, f.d. A.Yunusov və digər çıxış edənlər mövzunun aktuallığından, elmi yeniliyindən, mövzunun nəzəri və praktik əhəmiyyətindən danışaraq, dissertasiyanın açıq müdafiəyə buraxılmasını məsləhət bildilər.
