Homeaz | en | ru

Məmmədzadə Cavanşir Nadir oğlu

Əlaqə telefonu:

+99412  538 06 73

+99412 510 49 48


QISA BİOQRAFİK MƏLUMAT

  • 27 may 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur
  • 1989-2000-ci illərdə Bakı şəhəri C.Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil almışdır
  • 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “fars dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almış və bakalavriaturanı fərqlənmə diplomu ilə bitirmişdir
  • 2006-2008-ci illərdə Bakı Dövlət Уniversitetinin Şərqşünaslıq fakültəsində “fars ədəbiyyatı” ixtisaslaşması üzrə təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir
  • 2008-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuşdur
  • Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının üzvüdür
  • Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin elmi orqanı olan “İran filologiyası məsələləri” toplusunun məsul katibidir
  • Azərbaycan Qızıl Aypara Cəmiyyəti Baş Məclisinin nümayəndəsi və Gənclər Komitəsinin İdarəetmə Şurasının üzvüdür
  • Аiləlidir, iki  övladı var

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • Magistr, filoloq - şərqşünas (İran üzrə)
  • 2011-ci ildən Bakı Dövlət Universiteti İran filologiyası kafedrasının dissertantıdır
  • “İranda “yeni şeir” in inkişafında Foruğ Fərruxzadın rolu” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində çalışır
  • 23.07.2007 - 23.08.2007  tarixlərində İran İslam Respublikasında beynəlxalq fars dili və ədəbiyyatını təkmilləşdirmə və iranşünaslıq kurs­ların­da iştirak etmiş və sertifikatla təltif olunmuşdur
  • 18.12.2007 - 29.02.2008 tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci (Şərq) Ərazi İdarəsinin Orta Şərq şöbəsində təcrübə keçmişdir.

 

ƏMƏK FƏALİYYƏTİ

  • 16 yanvar 2006-cı il  Bakı Dövlət Universiteti İran filologiyası kafedrasında laborant
  • 01 dekabr 2010-cu il Bakı Dövlət Universiteti İran filologiyası kafedrasında müəllim
  • 25 fevral 2014-cü il Şərqşünaslıq fakültəsinin bakalavriat üzrə dekan müavini

 

TƏDQİQAT SAHƏSİ

  • İran filologiyası, Fars dilçiliyi, Tərcümə nəzəriyyəsi (Fars və Azərbaycan dilləri müstəvisində), Əski Azərbaycan yazısı, Fars ədəbiyyatı , Fars ədəbiyyatı nəzəriyyəsi, İran ədəbiyyatşünaslığının müasir problemləri, İranın mədəniyyət və incəsənət tarixi

 

BEYNƏLXALQ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAK

  • 23 iyul 2007-ci il, Tehran şəhəri, İran İslam Respublikası: “Fars dilinin tədrisinin aktual məsələləri” beynəlxalq simpozium
  • 26 iyul 2007-ci il, Save şəhəri, İran İslam Respublikası: “Fars dilinin tədrisinin aktual məsələləri” beynəlxalq seminar
  • 30-31 oktyabr 2009-cu il, Bakı şəhəri, Azərbaycan Respublikası: Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
  • 09-12 iyun 2010-cu il, Tiflis şəhəri, Gürcüstan Respublikası: “İran və Qafqaz: mədəni və tarixi əlaqələr” beynəlxalq elmi konfrans
  • 10-17 yanvar 2011-ci il, Tehran şəhəri, İran İslam Respublikası:  Fars dili və ədəbiyyatı müəllimlərinin yeddinci beynəlxalq konfransı
  • 01-02 iyun 2011-ci il, Bakı şəhəri, Azərbaycan Respublikası: “Müasir şərqşünaslığın aktual problemləri” beynəlxalq elmi konfrans
  • 2012-ci il, Qazaxıstan Respublikası, Almaatı şəhəri: “ Fars dili: dünən, bu gün, sabah” beynəlxalq elmi konfrans
  • 27-28 iyun 2013-cü il, Bakı şəhəri, Azərbaycan Respublikası: Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları - Akad. Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
  • 11-14 noyabr 2013-cü il, Bakı şəhəri, Azərbaycan Respublikası: Şərq cəmiyyətləri: ənənə və müasirlik. MDB ölkələri gənc şərqşünaslarının II qurultayı

 

RESPUBLİKADA KEÇİRİLMİŞ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANS­­LAR­­DA İŞTİRAK

  • 06-07 oktyabr 2009-cu il, Bakı Dövlət Universiteti: Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” respublika elmi konfransı
  • 15-17 aprel 2010-cu il, Azərbaycan Dillər Universiteti: “Xarici dillərin tədrisinin aktual problemləri” III respublika elmi konfransı
  • 10-12 may 2010-cu il, Azərbaycan Dövlət Pedaqoji Universiteti: “Klassik Azərbaycan filologiyası və müasir problemlər” respublika elmi konfransı
  • 17-18 dekabr 2010-cu il, Bakı Slavyan Universiteti: “Müasir tərcüməşünaslığın və mədə­niy­yətşünaslığın aktual problemləri” IX respublika elmi-praktik konfransı
  • 09 dekabr 2010-cu il, Bakı Dövlət Universiteti: Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
  • 28-30 dekabr  2011-ci il, Bakı Dövlət Universiteti: Azərbaycanın görkəmli şərqşünas alimi, prof. Mübariz Əlizadənin 100 illik yubileyinə həsr olunmuş “Şərq filologiyasının aktual problemləri” respublika elmi konfransı
  • 14-15 noyabr 2012-ci il, Bakı Dövlət Universiteti: Görkəmli Azərbaycan alimi, akad. Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərq­şü­nas­lığın aktual problemləri” respublika  elmi konfransı
  • 05-07 mart 2013-cü il, Gənclər və İdman Nazirliyi və Azərbaycan gənc alim, aspirant və magistrlər cəmiyyəti: “Gənc alimlərin II elm festivalı” çərçivəsində “Müasir şəraitdə Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr” respublika elmi konfransı
  • 19-20 dekabr 2013-cü il, Azərbaycan Dillər Universiteti: Doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Kitablar:

  • 2013, “Fars əlifbasının tədrisi” (dərs vəsaiti)

 

Məqalələr:

  • 2015, İranda fars poeziyası 1920-30-cu illərdə//Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransının materialları, Bakı, 17-18 aprel, (Qafqaz Universiteti), s., 872-873
  • 2014, Foruğ Fərruxzadın ömür yolu// «Bakı Universitetinin xəbərləri». Humanitar elmlər seriyası, 2014, №1, səh. 188 – 197
  • 2014, Foruğ Fərruxzadın ömür yolu
  • 2014, Fars dilinin orfoqrafiya və orfoepiyası haqqında qeydlər
  • 2013, Mikayıl Müşfiqin «Tar» ı
  • 2012, Azərbaycan Respublikasında fars dilinin tədrisinin müasir vəziyyəti (Qazaxıstan Respublikasında çap olunub)
  • 2012, Müasir fars ədəbi dilində fransız sözləri
  • 2011, Fars əlifbasının səciyyəvi xüsusiyyətləri
  • 2011, Foruğ Fərruxzadı Purandan sordum
  • 2011, Fars dilinin danışıq səsləri
  • 2011, Rudəkinin “مادر می” qəsidəsində işarələr
  • 2010, Foruğ Fərruxzadın kino yaradıcılığı
  • 2010, Foruğ Fərruxzadın yaradıcılığında qadın mövzusu
  • 2010, Foruğ Fərruxzadın «Əsir» məcmuəsi
  • 2010, Müasir fars ədəbi dilində ingilis alınmaları
  • 2010, Azərbaycan Respublikasında fars dili və ədəbiyyatının tədrisində Bakı Dövlət Universitetinin rolu  (Gürcüstan Respublikasında çap olunub)
  • 2010, Mikayıl Müşfiqin «Həyat sevgisi»
  • 2009, Sadiq Hidayət və fars təranələri
  • 2006, Fars dilində ərəb alınmaları (tarixi aspektdə)
  • 2004, Fars dilində Avropa mənşəli alınma sözlər haqqında


Tezislər:

  • 2014, Foruğ Fərruxzadın  yaradıcılığının üslubi xüsusiyyətləri//Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda Beynəlxalq Elmi konfransın materialları, BDU Şərqşünaslıq fakültəsi//  Bakı, s., 140-141
  • 2014, Foruğ Fərruxzadın yaradıcılığı //Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda Beynəlxalq Elmi konfransın materialları, Bakı,  AMEA –nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutu// səh. 243-249
  • 2013, Foruğ Fərruxzadın «Üsyan» toplusu
  • 2013, İranda «yeni şeir»in yaranması
  • 2012, 1950-ci illər fars poeziyasının səciyyəvi xüsusiyyətləri haqqında
  • 2011, Fars dilində işlənən qayıdış alınmalar haqqında
  • 2011, Müasir fars poeziyasında yeni məzmun əsaslarının formalaşması
  • 2010, Fars dilində rus dilindən alınma sözlər
  • 2009, Əmiri Firuzkuhinin  həyat və yaradıcılığı
  • 2009, Foruğ Fərruxzadın «Yeni təvəllüd» («تولد دیگر») toplusu
  • 2008, Foruğ Fərruxzadın həyat və yaradıcılığı

 

TƏLTİFAT VƏ HƏVƏSLƏNDİRMƏLƏR

  • 29 iyun 2005-ci ildə oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə, ictimai fəallığa görə və “Məzun” günü münasibəti ilə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar Elm Xadimi, akademik A.M.Məhərrəmov tərəfindən «Fəxri Fərman» və valideynə «Təşəkkür məktubu»
  • 2007-ci ilin iyul ayında İran İslam Respublikasında beynəlxalq fars dili və ədəbiyyatını təkmilləşdirmə və iranşünaslıq kurslarında iştirak və kursu müvəffəqiyyətlə bitirmək haqqında sertifikat
  • 2008-ci ildə magistratura pilləsində təhsildə əldə etdiyi yüksək nəticələrə görə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar Elm Xadimi, akademik A.M.Məhərrəmov tərəfindən valideynə «Təşəkkür məktubu»
  • Döyüş hazırlığı və hərbi nizam-intizamda əldə etdiyi yüksək nə­ti­cə­lə­rə görə N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Z.Həsənov tərəfindən 31 dekabr 2008-ci ildə “Yeni il” və “Dünya azə­r­bay­can­lı­­larının həmrəylik günü” mü­na­si­bə­ti ilə «Fəxri Fərman», 2009-cu ilin mart ayında isə “Novruz” bayramı münasibəti ilə valideynə «Təşəkkür mək­tu­bu»
  • 19 aprel 2010-cu ildə Azərbaycan Dillər Universitetində «Xarici dillərin tədrisinin aktual problemləri» III respublika elmi konfransının işindəki fəal iştirakına və məzmunlu məruzəsinə görə ADU-nun rektoru professor S.İ.Seyidov tərəfindən «Təşəkkürnamə»
  • 2010-cu ilin aprel ayında İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri İ.Nuri tərəfindən «Novruz-1» adlı fars dili olimpiadasının təşkilində münsif kimi fəal iştirakına görə «Təşəkkürnamə»
  • 17-18 dekabr 2010-cu ildə Bakı Slavyan Universitetində «Müasir tərcümə­şü­naslığın və mədəniyyətşünaslığın aktual problemləri» IX respublika elmi-praktik konfransında məzmunlu çıxışına görə BSU-nun rektoru prof. K.M.Abdullayev tərəfindən «Diplom»
  • 2012-ci ilin aprel ayında İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri İ.Nuri tərəfindən «Novruz-3» adlı fars dili olimpiadasının təşkilində münsif kimi fəal iştirakına görə «Təşəkkürnamə»
Bookmark and Share