Homeaz | en | ru

 

MƏMMƏDOV NƏSRULLA NAİB OĞLU

(1965)

Şərqşünas

 

3 may 1965-ci ildə doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirmiş, 1983-1985-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Azər­baycan Dövlət Universiteti Şərqşünaslıq fakül­tə­sinin ərəb filologiyası şöbəsinə qəbul edilmiş, 1991-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Ərəb filologiyası kafedrasında baş la­bo­rant kimi əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildə namizədlik, 2012-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-cu ildən Ərəb filologiyası kafedrasında müəllim, 2004-cü ildən dosent, 2014-cü ildən isə professor vəzifəsində çalışır. Elmi fəaliyyəti əsasən ərəb dili­nin nəzəri məsələləri və “Qurani-kərim”in üslubu ilə əlaqədardır. 70-dən artıq elmi məqalənin müəllifidir. Rəh­bərliyi ilə iki elmlər na­mizədi hazırlan­mışdır.

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share