Mir-Bağırova Sevda Əlisahib qızı
Mir-Bağırova Sevda Əlisahib qızı 12 fevral 1988 - ci ildə anadan olmuşdur. 2005-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinin “Fars dili və ədəbiyyatı” şöbəsinə daxil olmuş, 2009-cu ildə bakalavr pilləsi üzrə təhsili başa vurub, həmin il Şərqşünaslıq fakültəsinin “Fars dili” ixtisaslaşması üzrə magistraturasına qəbul olunmuş və 2011-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
2012-ci ildə Bakı Dövlət Universitetinin nəzdində açılmış “Tyutor” kurslarını fərqlənmə diplomu ilə biririb, elə həmin ildən Şərqşünaslıq fakültəsində II dərəcəli tyutor kimi çalışmağa başlamışdır.
2014-cü ildən Şərqşünaslıq fakültəsinin dissertantıdır.
Ailəlidir, iki övladı var.
