Homeaz | en | ru


04 noyabr 2015 tarixində Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının müəllimi Nəcəfova Familə Famil qızı AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdindəki FD.01.151 Dissertasiya Şurasının iclasında  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “1960-1970-ci illərin fars poeziyası və Həmid Müsəddiqin yaradıcılığı” mövzusunda dissertasiya işini müdafiə etmişdir

07 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidenti ya­nında AAK-ın 05.10.2011-ci il tarixli 243 saylı əmri ilə BDU-da yaradılmış Birdəfəlik Dissertasiya Şurasının (10.02.12 – «Sami dilləri») keçirdiyi iclasında fi­lologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Ərəb filologiyası kafedrasının dosenti Nəsrulla Naib oğlu Məmmədov «Qurani-Kərimin üslubu» mövzusunda dissertasiya işini müdafiə etmişdir.

05 mart 2010-cu ildə  İran filologiyası kafedrasının dosenti Anar Kərimov filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün «Hal kateqoriyasının fars dilində ifadə vasitələri» mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir.

21 fevral 2010- cu ildə türk filologiyası kafedrasının baş laborantı Həyat Məmmədova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Yaşar Kamal yaradıcılığında folklor motivləri» mözusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Bookmark and Share