Homeaz | en | ru

Mahmudov Həsən ŞIxmahmud oğlu

(1925-1994)

Şərqşünas

 

4 mart 1925-ci ildə doğulmuşdur. 1946-cı ildə Azərbaycan Dövlət Uni­ver­siteti Şərqşünaslıq fakül­təsinin fars dili şöbəsinə daxil olmuşdur. 1951-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bi­tirərək, aspiranturada saxlanılmışdır. 1954-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1986-cı ildə professor elmi adı almışdır. Yaxın Şərq dilləri kafed­rasında elmi və pedoqoji fəaliyyətə başlamışdır. Həmin kafedrada müəllim, baş müəllim, dosent və professor vəzifələrində işləmişdir. 1965-1977-ci illərdə Şərqşünaslıq fakültəsinin dekanı, 1989-1990-cı illərdə Yaxın Şərq dilləri kafedrasının müdiri vəzifələrində çalışmışdır. 20-dən çox namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur.

Elmi fəaliyyəti əsasən müasir fars dilinin sintaksis məsələləri ilə əlaqədardır. 60 elmi və publisistik məqalənin, 5 dərslik, 1 dərs vəsaiti, 2 metodik vəsait və 1 monoqrafiyanın müəllifidir. Lenin yubiley medalı, Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

 

Bookmark and Share