Homeaz | en | ru

 

ƏLİYEVA JALƏ FAZİL QIZI

(1966)

Şərqşünas

 

5 oktyabr 1966-cı ildə doğulmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Universi­teti Şərqşünaslıq fa­kültəsinin Türk filologiyası şöbəsini bitirərək, təh­silini aspi­ran­­turada da­vam etdirmişdir. SSRİ Mədəniyyət Fondunun Azər­baycan bölməsində, Türkiyə Respublikasının Azər­baycandakı səfir­liyində çalışmışdır. 1996-cı il­də namizədlik, 2006-cı ildə doktorluq dissertasiyası mü­dafiə etmiş, 2008-ci ildə professor elmi adı almışdır.

1996-cı ildən Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Türk filologiyası kafedrasında müəl­lim, baş müəllim, dosent vəzifələrində çalışmış, hazırda həmin kafedranın professorudur. 2005-ci, 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilmişdir.

Elmi fəaliyyəti əsasən türkologiya sahəsi ilə əlaqədardır. 60-a yaxın elmi və publisistik məqalənin, 3 monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Rəhbərliyi ilə 1 filologiya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

 

Bookmark and Share