Homeaz | en | ru

 

ƏL-ABBASİ XEYRİ NƏŞƏT

(1931)

Şərqşünas

 

21 yanvar 1931-ci ildə İraqın Dohuk şəhərində anadan olmuşdur. 1954-cü ildə Pedaqoji İnstitutda təhsil alıb, 1954-1959-cu illərdə İraqda müxtəlif orta məktəblərdə çalışmışdır. 1963-cü ildə Azərbaycana, Sovet İttifaqına mühacirət etmiş və siyasi pənah statusu almışdır. 1963-1966-cı illərdə Azərbaycan Kom­munist Partiyası MK-nın nəzdində Ali Partiya məktəbini bitirmişdir. 1966-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini (axşam şöbəsi) bitirmiş və magistr elmi dərəcəsini almışdır. 1983-cü ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

1967-ci ildən Ərəb filologiyası kafedrasında müəllim, 1984-cü ildən baş müəllim, 1989-cu ildən dosent vəzifələrində çalışmış, 2012-ci ildən isə professordur.

Elmi fəaliyyəti əsasən ərəb dilinin nəzəri məsələləri, leksikologiya və dialektologiya ilə əlaqə­dardır. 80-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə iki əcnəbi və iki yerli elmlər namizədi hazırlanmışdır.

 

 

 

Bookmark and Share