Homeaz | en | ru

 

KƏRİMOV ANAR RAMİZ OĞLU

(1977)

Şərqşünas

 

6 may 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1998-ci ildə “Fars dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, 2000-ci ildə isə magistr təhsil pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2000-2004-cü illər ərzində “Nizami lüğəti” Elmi-tədqiqat laboratoriyasında çalışmışdır. 2004-cü ildən İran filologiyası kafedrasının müəllimidir. 2003-cü ildə namizədlik, 2011-ci ildə doktorluq disser­tasiyası müdafiə etmiş, 2012-ci ildə professor elmi adı almışdır.

“Fars dili”, “İran filologiyasına giriş”, “Urdu filologiyasına giriş”, “Fars dilçiliyinin tarixi və inkişafı” fənləri üzrə proqram, metodik vəsait və dərslikləri vardır. 5 kitab, 4 dərslik və 1 metodik vəsaitin, nüfuzlu jurnallarda çap olunmuş elmi məqalə və tezislərin müəllifidir.

 

 

Bookmark and Share