Homeaz | en | ru

 

İmanquliyeva Aida Nəsir qızı

(1939-1992)

Şərqşünas

 

10 oktyabr 1939-cu ildə doğulmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb şö­bə­sini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il SSRİ EA Şərqşünaslıq  İnstitutunun aspiranturasına daxil olmuş, 1966-ci ildə namizədlik və 1989-cu ildə Tbilisidə doktorluq  dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azər­bay­canda ilk qadın-ərəb­şünas elmlər dok­to­­ru, professordur.

Dünya şərqşü­nas­lı­ğında ərəb məhcər ədə­bi­y­yatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə «Mixail Nuaymə və «Qə­ləmlər birliyi»», «Cübran Xəlil Cübran», «Ye­ni ərəb ədəbiyyatının korifeyləri» mono­qrafiyaları və 70-dən artıq elmi məqalə həsr etmiş­dir. Onun rəhbərliyi ilə şərq filologiyası üzrə toplular və ərəb ədəbiyyatı nümunələrinin tərcümələrindən ibarət kitablar işıq üzü gör­müş­dür.

«Yeni ərəb ədəbiyyatının korifeyləri» adlı fundamental əsər rus, Azər­baycan, türk, gürcü və ISESCO təşkilatı tərəfindən ərəb dilində nəşr olunmuşdur. Prof. A.İman­quliyeva ADU-nun Şərq­şünaslıq fakültəsində ərəb ədə­biyyatından mühazi­rələr aparmış, Azərbay­can şərqşünaslıq elmini xarici öl­kələrdə keçirilən bir sıra bey­nəlxalq konfranslarda və simpozium­larda təm­sil etmişdir.

AEA Şərqşü­naslıq İnstitutunun direktoru ol­muş­dur.

 

Bookmark and Share