Əhmədi Məhəmməd Şəfai Hüseyn oğlu
(1911 – ? )
Şərqşünas
25 dekabr 1911-ci ildə Xorasanda doğulmuşdur. 1932-ci ildə Tehranda orta məktəbi bitirərək, 1933-cü ildə Tehran Hərbi Akademiyasına daxil olmuşdur. 1941-ci ildə kapitan, 1945-ci ildə mayor rütbəsini almışdır. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində işləmişdir. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1970-ci ildə professor elmi adı almışdır. Ə.Şəfai elmi və pedaqoji fəaliyyəti dövründə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.
Təyini söz birləşmələri, tabeli mürəkkəb cümlələrin inkişaf prosesinə dair bir çox elmi əsərləri vardır. Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini şeirlə fars dilinə çevirib, Bakıda və Tehranda nəşr etdirmişdir. 1983-cü ildə İrana qayıtmışdır.
